İranı etiraz nümayişləri bürüdü — FOTO

23:00 - 29 Dekabr 2017 - DÜNYA

İranda qiymət artımına etiraz olaraq müxalifət insanları küçələrə çağırıb.
 

"Ucnoqta.az"  xəbər verir ki, cümə namazından sonra kütlə küçələrə axışıb. Məşhəd və Kirmanşahda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.

 

İranın bir çox şəhərlərində qiymət artımına etiraz etmək üçün küçələrə axışanlar saxlanılıb. Bu isə gərginliyi daha da artırıb və yeni nümayişlər dalğası ölkəni bürüyüb.

 

Müxaliflərin çağırışından sonra Məşhəddə böyük etiraz nümayişi keçirib. Dünən keçirilən nümayişlərdə polis 52 nəfəri saxlamışdı. Polis təzyiqli su və bibər qazı ilə kütləyə müdaxilə edib. Bəzi etirazçılar xəsarət alıb.

Bəzi nümayişçilər "diktatora ölüm", "Ruhaniyə ölüm" şüarlarını səsləndirir. Xorasanın Nişapur və Kaşmer şəhərlərində də etiraz nümayişləri keçirilir.

 

İranın dini lideri Xomenei də açıqlamasında hökumətin iqtisadi siyasətini tənqid edib.
















//Ölkə.Az//


Xəbər xətti