“Neftçi” yeni transferini rəsmən açıqladı

17:28 - 29 Dekabr 2017 - İDMAN

“Neftçi” “Qəbələ”dən ayrılan Aqil Məmmədovla münasibətləri rəsmiləşdirib.
Bu gün təcrübəli qapıçı ilə 2017/18 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Klubun saytı məlumat yayıb ki, tərəflərin istəyinə əsasən mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.

Qeyd edək ki, Məmmədov “Qəbələ”yə mövsümün əvvəlində AZAL-dan keçmişdi. O, 2015-2016-cı illərdə də "Neftçi"də çıxış edib.qol.az

Xəbər xətti