“Dəmirbank”ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə bu tarixdən başlanılacaq

15:35 - 29 Dekabr 2017 - İQTİSADİYYAT

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib. Ucnoqta.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə 1 fevral 2018-ci il tarixindən “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə başlanılacaq.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara mütəmadi məlumat veriləcək. Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Əmanətlərin Sığortalanması Fondu bir daha əmanətçilərin nəzərinə çatdırır ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.

Xəbər xətti