İstanbulda atışma: Ölən və yaralananlar var

15:26 - 29 Dekabr 2017 - DÜNYA

Atışma soyğunçuluq zamanı satıcı ilə soyğunçular arasında baş verib

İstanbulda zərgərlik mağazalarının birində atışma baş verib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Atışma soyğunçuluq zamanı satıcı ilə soyğunçular arasında baş verib.

Hazırda polis hadisə yerində araşdırmalar aparır. Cinayətkarların axtarışları davam edir.

Xəbər xətti