Ana səhifə
22 Sentyabr 2018

Zərdabın iki kəndinə ilk dəfə təbii qaz verilib

Zərdabın Hüseynxanlı və Xanməmmədli kəndlərinə ilk dəfə təbii qaz verilib.

                                                              

 

Ucnoqta.az xəbər verir ki, noyabrın 27-də Zərdab rayonunun Hüseynxanlı və Xanməmmədli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir.Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 82 abonenti olan Xanməmmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6700 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 4 ədəd siyirtmə, 82 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 
79 abonenti olan Hüseynxanlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 11604 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 7 ədəd siyirtmə, 79 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 
Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin ilk dəfə təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Bəhruz

Tarix
27 Noyabr 2014 [13:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin