Moskvada avtobus dayanacağa girdi — 2 ölü

16:30 - 29 Dekabr 2017 - DÜNYA

Rusiyanın paytaxtı Moskva şəhərində növbəti avtobus qəzası meydana gəlib.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, sərnişin avtobusu "Sxodnenskaya" metro stansiyası yaxınlığında dayanacağa çırpılıb.

 

İnsident nəticəsində 2 nəfər həlak olub. Polisdən verilən xəbərə əsasən, 3 nəfər də xəsarət alıb.

İlkin  versiyaya görə, avtobus başqa maşınla toqquşmamağa çalışarkən dayanacağa girib.

Xəbər xətti