Ana səhifə
24 Sentyabr 2018

SOCAR nümayəndələri beynəlxalq forumda

ARDNŞ Vyana İqtisadi Forumunda iştirak edib.

                                                              

 

Ucnoqta.az xəbər verir ki, noyabrın 24-də Vyanada regionun aparıcı hökümətlərarası regional iqtisadi təşkilatlarından biri olan Vyana İqtisadi Forumunun “Dəyişikliklər zamanı yeni baxışlar və öhdəliklər“ mövzusunda 11-ci illik konfransı keçirilmişdir.Konfrans təşkilata üzv ölkələrin (Avstriya, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Makedoniya, Rumıniya, Monteneqro, Sloveniya, Türkiyə, Ukrayna) zirvə sammiti şəklində təşkil olunmuşdur. Forumda Avstriyanın prezidenti Haints Fişer, Avstriyanın federal kansleri Verner Fayman, Avstriya Federal Kanslerinin müavini, elm və iqtisadiyyat naziri Rainhold Mitterlehner, Albaniyanın Baş naziri Edi Rama, Makedoniyanın Baş naziri Nikola Qruyevski, Bolqarıstan baş nazirinin müavini Tomislav Donçev, beynəlxalq təşkilatların, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Forumun açılışında Avstriyanın prezidenti Haints Fişer, federal kansleri Verner Fayman və Vyana İqtisadi Forum təşkilatının baş katibi Yelena Kirçeva giriş sözü ilə çıxış etmişlər. Forumda əsasən iqtisadiyyat sektorunda son zamanlar cərəyan edən hadisələr, regional əməkdaşlığın inkişafı, bazarlar, maliyyə imkanları, eləcə də yeni texnologiyalar, energetika məsələləri müzakirə olunmuşdur. Hökümət başçıları və nazirlər Bolqarıstan, Makedoniya, Xorvatiya, Albaniya, Monteneqro kimi ölkələrdə əlverişli işgüzar şəraitin yaradıldığını vurğulamış, investorları bu ölkələrə dəvət edib. 
Forum çərçivəsində ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin xüsusi stendi qurulmuş, şirkət haqqında təqdim olunan kitabçalar, bukletlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. İştirakçıların Azərbaycan iqtisadiyyatı ilə bağlı sualları cavablandırılmışdır.

 

Bəhruz

Tarix
27 Noyabr 2014 [20:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin