40 nəfərin ölümünə görə məsuliyyəti İŞİD üzərinə götürdü

16:00 - 28 Dekabr 2017 - DÜNYA

Əfqanıstanın paytaxtı Kabildə 40 nəfərin ölümünə, azı 30 nəfərin yaralanmasına səbəb olan terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış bu gün səhər Kabilin mərkəzində baş verib. Hücumun hədəfində yerli informasiya agentliyi və mədəniyyət mərkəzi olub.

 

Əfqanıstan DİN-nin məlumatına görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Daha sonra iki maqnit minası partladılıb.

Xəbər xətti