Türkiyədə güclü qar və şaxta xəbərdarlığı

13:53 - 28 Dekabr 2017 - DÜNYA

Türkiyənin Malatya, Elazığ, Tunceli, Bingöl və Adıyaman vilayətlərində güclü qar və şaxta xəbərdarlığı elan edilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, əlverişsiz hava şəraitinin sabahdan etibarən qeydə alınacağı bildirilir.
 

Eyni zamanda, adıçəkilən vilayətlərdə sakinlərin daha diqqətli olması tövsiyə olunub.
 

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Ərdahan vilayətində güclü şaxta səbəbindən Çıldır gölü buz bağlamışdı.

Xəbər xətti