Ana səhifə
13 Noyabr 2018

Qurbanlıqda içənlər ÖLDÜ

Pakistanın Karaçi şəhərində 21 nəfər evdə düzəldilmiş alkoqoldan ölüb. Frans Press agentliyinin məlumatına görə, qurbanlarda çoxu alkoqolu Qurban bayramını qeyd edirkən içib.

“Ötən gecədən 21 nəfər toksik maddə qəbulundan ölüb,” bunu Karaçidə Jinnah xəstəxanasının həkimi Seemi Jamali Frans Press-ə deyib.

Onun sözlərinə görə, ağır vəziyyətdə, huşsuz olan 22 nəfərin həyatını xilas etməyə çalışırlar.

Sahə polisinin rəhbəri Akhtar Farooq deyib ki, onlar qanunsuz likör fabriklərində reydlər keçirib, 3 şübhəlini həbs edib, əldəqayırma spirtli içki aşkarlayıblar.

Pakistanda qanuni içki zavodları var, ancaq müsəlmanlara alkoqol satışı qadağandır. Azlıqlar və xaricilərə satış isə qanunla tənzimlənir.

 

Tarix
9 Oktyabr 2014 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin