Ana səhifə
25 May 2018

Nərimanov rayonunda ağır yol hadisəsi — Ölən var

Bu gün səhər saatlarında Nərimanov rayonu ərazisində Niyyət İbrahimov adlı şəxs idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəza törədib.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki, piyada, Quba rayon sakini, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızı yolu keçmək istəyərkən minik avtomobili tərəfindən  vurulub. Yaralı xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.
 

Qeyd edək ki, dünyasını dəyişən 5 saylı şəhər xəstəxanasında sanitarka işləyib. 
 

Faktla əlaqədar Nərimanov RPİ-də cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
28 Dekabr 2017 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin