Ana səhifə
19 İyul 2018

Kamil Zeynallı ilə jurnalistin məhkəməsi bitdi- Nəticə

İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayeva arasındakı məhkəmə başa çatıb.

 

"Ucnoqta.az" xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu haqda Kamil xəbər yayıb. O bildirib ki, hər iki tərəf min manat təzminat ödəməlidir:

“Bu gün jurnalistlə olan üçüncü məhkəməm bitdi. Bu da Ali Məhkəmənin qərarı. Hər iki tərəf – mən və jurnalist min manat təzminat ödəməliyik. O, məndən üzr istəyəcək, mən də təkzib verəcəm. Vəzifəsindən sui istifadə edərək, haqqımda yazdığı xəbərə qərəzli, təhqiredici və məlumatı oxunsun deyə, özünə sərf edən başlıq qoyaraq məni həmin jurnalist təhqir etmişdi. Kamil Zeynallı kimi cavabını vermişdim. Üç məhkəmə oldu. Xətai, Apellyasiya və Ali məhkəmə. Qarşı tərəf isə birinci məhkəmədə çıxarılan qərara görə dərhal öz vəkilini dəyişmişdi ki, işinizi apara bilmirsiz. Bu da sənə iş".

Xatırladaq ki, idmançı K.Zeynallı jurnalist Ə.Ağayevanı sosial şəbəkələr və saytlar vasitəsilə təhqir edib. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib. K.Zeynallı da müsahibədə jurnalistin onu təhqir etdiyini söyləyib və 100 min manat təzminat tələb etmişdi.

Tarix
28 Dekabr 2017 [12:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin