Ramil Quliyev Türkiyədə "ilin idmançısı" seçilib — FOTO

12:44 - 28 Dekabr 2017 - İDMAN

Türkiyədə yaşayan Azərbaycan əsilli yüngül atlet Ramil Quliyev "ilin idmançı"sı seçilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, yarışlarda Türkiyəni təmsil edən Quliyev "GQ" jurnalı tərəfindən bu titula layiq görülüb. Məlumatı jurnalın rəsmi sosial şəbəkə səhifəsi paylaşıb.
 

Ramilin fotosunun paylaşıldığı məlumatda deyilir: "Londonda keçirilən "2017-ci il dünya atletika çempionatında 200 metrlik məsafəni 20.09 saniyəyə başa vuraraq Türkiyəyə bu sahədə ilk qızıl medalı qazandıran Ramil Quliyev hər zaman çətin yolu seçir ki, işi asan olsun. "Men of the Year ilin idmançısı" mükafatı uğuru ilə bütün dünyaya səs salan Ramil Quliyevindir".
 

Qeyd edək ki, keçən il "GQ" jurnalı bu titula Türkiyə futbol üzrə milli komandasının kapitanı Arda Turan layiq görmüşdü.


Xəbər xətti