“Təbiətimizi qoruyaq - Ona borcluyuq!”

12:20 - 28 Dekabr 2017 - Cəmiyyət

Dekabrın 25-də Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təbiətimizi qoruyaq - Ona borcluyuq!” adlı layihənin açılış mərasimi baş tutub. Tədbirdə layihə rəhbəri Fəridə Əkbərli çıxış edərək bildirmişdir ki, layihənin məqsədi gənclərin ekologiyanın qorunması mövzusunda son biliklərə yiyələnməsinə dəstək olmaqdır. Bu layihənin gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev başda olmaqla, fondun bütün əməkdaşlarına öz təşəkkürünü bildirmişdir. Daha sonra qeyd etmişdir ki, bir gənc olaraq  ölkəmizdə ətraf mühitin qorunması, insan sağlamlığına önəmini vurğulamaq, insanları sağlam həyat yaşamağa təşviq etmək üçün “Təbətimizi qoruyaq-Ona borcluyuq!” layihəsini həyata keçirmək ən böyük istəklərimdən biri olmuşdur. Ekologiyanın qorunması üçün sadəcə teorik bilikləri istifadə etmək yox, bununla yanaşı, bunu gündəlik həyatımıza da çevirməliyik. Layihənin icrası zamanı təlimlər 3 gün boyunca təhsil müəssisələrində ( məktəblərdə ) şagirdlərə ətraf mühitin qorunması və gündəlik həyatımızda təmizlik və gigiyena metodlarından yiyələnməyin yollarından danışılacaq.
AGAT sədri Lalə Mehdiyeva bu mövzuda öz fikirlərini bölüşərək, qeyd etmişdir ki, ekologiyanın qorunması günümüzdə ən aktual məsələlərdən biridir. Dövlətimiz bu yöndə çox önəmli işlər görmüşdür. Düşünürəmki, bizlərdə dəstək olaraq, təbiətimizin, ətraf mühitin qorunmasında ən azından könüllü olaraq iştirak etməliyik.
Layihənin davamı olaraq məktəblərdə baş tutacaq təlimlərdə gənc ekoloq Safurə Əbilzadə də, bu mövzuda çıxış edərək, belə bir layihədə yer aldığı və şagirdlərə bu barədə təlim keçəcəyi üçün çox qürurlandığını bildirmişdir.  Elm və texnika inkişaf etdikcə biz təbiətə çox zərər veririk. Lakin inanıramki, biz təbiəti qoruya bilərik. Son zamanlarda bu cür layihələrin icra olunması da bunun göstəricisidir.
Ətraf mühitin qorunması üzrə mütəxəssis, təlimçi Amin Məmmədov təlim zamanı, öz təcrübi biliklərini iştirakçılarla paylaşaraq, qeyd etmişdir ki, belə layihələrin olunması günümüzdə ən vacib məsələlərdən birirdir. Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Təbiət bizim evimizdir və biz onun kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır Son olaraq bildirmişdir ki, gəlin hər birimiz bir fərd olaraq, təbiətin mühafizəsinə qayğı və məhəbbətlə yanaşaq.


Xəbər xətti