Ana səhifə
19 Fevral 2018

“Azərbaycandan təklif almışam” - “Qarabağ”a qol vuran futbolçu

Qazaxıstanın "Tobol" klubunun futbolçusu Eqon Vux Azərbaycandan təklif alması ilə bağlı açıqlama verib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçi Çexiya mətbuatına verdiyi müsahibədə bildirib. 26 yaşlı oyunçu təklif aldığı komandanın adını açıqlamayıb:
 
"Azərbaycandan və Özbəkistandan təklif almışam. Amma hələ burada qalmağa qərar vermişəm. Hələ klubumla bir illik müqaviləm var. Görək, vəziyyət necə olacaq. İstərdim ki, "Astana" və ya "Kayrat"da çıxış edim".
 
Qeyd edək ki, Vux bu yay "Viktoriya"dan "Tobol"a keçib. O, 2016/17 mövsümündə icarə əsasında "Slovan"da (Liberets) keçirib. Vux həmin mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la cavab matçında (3:0) komandasının ilk qolunu vurmuşdu.

Tarix
28 Dekabr 2017 [11:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ