Türkiyədə məktəbə girən şəxs atəş açdı — 7 yaralı

11:27 - 28 Dekabr 2017 - DÜNYA

Türkiyənin Qaziantep şəhərində silahlı insident qeydə alınıb.

"Ucnoqtaa.az"  xəbər verir ki, naməlum şəxs orta məktəbə daxil olaraq odlu silahdan atəş açıb.
 

İnsident nəticəsində 7 məktəbli xəsarət alıb.
 

"CNN Turk"-ün xəbərinə əsasən, naməlum şəxs futbol oynayan şagirdlərə avtomat silahdan atəş açıb. Sonra isə hadisə yerindən qaçaraq uzaqlaşan şəxs axtarışa verilib. Polis cinayətkarı axtarır.
 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


















//Ölkə.Az//

Xəbər xətti