“Zirə”dən ayrılıb Polşa klubuna keçdi

10:38 - 28 Dekabr 2017 - İDMAN

“Zirə” rumıniyalı futbolçu Qabriel Mateylə yollarını ayırıb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
 

Matey artıq özünə yeni klub da tapıb.
 

O, Polşanın “Bruk-Bet Termalits” klubu ilə anlaşıb. Tərəflər arasında rəsmi müqavilə bu gün imzalanacaq.
 

Qeyd edək ki, Qabriel Matey “Zirə”yə yayda transfer olunmuşdu. O, komandanın heyətində cəmi 10 oyunda meydana çıxıb.

Xəbər xətti