İraqda 8 almaniyalı qadın saxlanıldı - İŞİD bəlası

16:06 - 27 Dekabr 2017 - DÜNYA

İraqda İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilən 8 Almaniya vətəndaşı saxlanılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, saxlanılan qadınların əksəriyyətinin övladları da var.
 

Qeyd olunur ki, qadınlardan 7-i Bağdadda, bir nəfər isə Ərbildə saxlanılıb.
 

Qadınlar İŞİD-ə üzvlükdə, eləcə də İraq sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Xəbər xətti