Özbəkistan prezidenti maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib

14:08 - 27 Dekabr 2017 - DÜNYA

 Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb.

“Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib”, - deyə nazirlik bildirib.

Bir neçə gün əvvəl Şavkat Mirziyoyev maliyyə sistemini son 10-15 ildə səmərsiz fəaliyyətinə görə tənqid etmişdi. 

Xəbər xətti