Ana səhifə
22 Fevral 2018

Çernobıl əlili qətlə yetirildi — Göygöldə

Göygöl rayonunda Çernobıl əlili həmyerlisini tərəfindən qətlə yetirilib.


"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə ötən gün 21 radələrində şəhər ərazisində "Əlillərin binası" deyilən ərazidə baş verib. 

Daşkəsən rayonunda anadan olan, 1949-cu il təvəllüdlü Qəzənfər Müzəffər oğlu Musayev Göygöl rayonu, Nəsibov məhəlləsi 1 a nömrəli evin 2 saylı mənzilində tanışı olan Göygöl rayon sakini, 1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. 
 

Bu zaman sərxoş olan qonaq S. Muradov bıçağa əl ataraq ev sahibi Q. Musayevi qətlə yetirib. Bundan sonra hadisəni törətməkdə şübhəli bilinən S. Muradov Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. 
 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 
 

Qeyd edək ki, qətlə yetirilən Qəzənfər Müzəffər oğlu Musayev Çernobıl əlilidir.

Tarix
27 Dekabr 2017 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ