Duman Dubay hava limanının işini iflic etdi

15:09 - 26 Dekabr 2017 - DÜNYA

Birləşmiş Ərəb Əmirliklərində ötən həftənin cümə günündən müşahidə olunan güclü duman Dubay hava limanında reyslərin gecikməsinə və ləğvinə səbəb olub.
 

"Ucnoqta.az"-ın məlumatına görə, bu gün səhər saatlarından bir çox aviareyslər, o cümlədən Avropa istiqamətində gecikib və ləğv edilib. Belə ki, günün birinci yarısı ərzində Dubayda 150 reys ləngiyib, 11-i təxirə salınıb.
 

Dumanlı hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bildirilir.







//Trend//

Xəbər xətti