Ana səhifə
19 Sentyabr 2018

Lənkəranda sərxoş polis qəza törətdi

Lənkəranda dövlət yol polisi əməkdaşı qəza törədib.

 

Ucnoqta.az xəbər verir ki, axar.az-a verilən məlumata görə, Lənkəran yol polisinin Hüseynov Tural Abdulhüseyn oğlu adlı əməkdaşı rayon ərazisində özünə məxsus “Mersedes” markalı avtomobilini ağaca çırpıb. Onun qəza zamanı içkili vəziyyətdə olduğu iddia edilir.

 

Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə alan polis əməkdaşının vəziyyəti stabildir.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini axar.az -a faktı təsdiqləyərək bildirdi ki, hadisə iki gün öncə baş verib: “Xəstəxanaya Hüseynov Tural Abdulhüseyn oğlu adlı polis işçisi gətirilib. Şilavar kənd sakinidir. Sol körpücük sümüyünün yer dəyişməyən qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb”.  

 

Qeyd edək ki, sərxoş olduğu iddia edilən yol polisinin bu qəzasının idarə tərəfindən ciddi narazılıqla qarşılandığı bildirilir. T.Hüseynovun polis sıralarından xaric ediləcəyi gözlənilir.

 

Tarix
27 Noyabr 2014 [11:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin