“Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib”

18:09 - 26 Dekabr 2017 - KİVDF

“Məhz bu gün Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır”

 
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Buna görə də hər bir soydaşımız. Diaspora təşkilatlarımız xaricdə gücünü səfərbər edib Azərbaycanı layiqincə təmsil etməlidir, bu işdə yaxından iştirak etməli, lobbiçilik fəaliyyətini gücləndirməlidir. Bu istiqamətdə fəaliyyət göstərən icmalardan biri də, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresidir. Konqresin əsas məqsədi Ukraynada yerli dövlətin, millətin adət-ənənəsinə hörmət etməklə yanaşı, Azərbaycanla Ukrayna arasında yeni körpülər yaratmaq, millətimizin dinini, dilini, adət-ənənələrini qorumaq və yaşatmaqla yanaşı, vətənimizin mövqeyini bu ölkədə daha da ucaltmaqdır. Qurum fəaliyyəti dövründə Azərbaycan xalqının başına gətirilən bir çox müsibətlər, Xocalı soyqırımı, işğal altında olan torpaqlarımız, qaçqın və məcburi köçkün problemlərimizi daima gündəmdə saxlayır. Yəni burada, söhbət anım günləri ərəfəsində, tədbirlər xətrinə toplantıların keçirilməsindən getmir. “Biz öz şəxsi nüfuzumuzdan maksimum istifadə edərək, yerli mətbu orqanlarda da bu problemlərdən geniş söhbətlər açırıq”. Bunu Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev deyib.  O deyib: “Hər zaman Azərbaycanımızı təbliğ etmişəm, milli maraqlarımıza xidmət edən bütün təşəbbüslərə açıq dəstəyimi ifadə etmişəm. Bugün də Ukrayna Radasında Azərbaycan əleyhinə səslənən fikirlərin susdurulmasında öz şəxsi əlaqələrimdən istifadə edirəm. Bu, mənim borcumdur. Ukrayna mətbuatına açıqlamasında hər zaman Ermənistanın işğalçı siyasətini tənqid etmişəm, Sarqsyan, Köçəryan və digər erməni cəlladlarını ifşa etmişəm. Bu fəaliyyətimə görə dəfələrlə erməni diasporunun hücumlarına məruz qalmışam. Amma yenə öz əqidəmdən geri çəkilməmişəm.“

 Rövşən Tağıyev bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə də sıx əlaqələri var.”Azərbaycanın Ukraynadakı səfirliyi dövlətimizin, vətənimizin bir parçasıdır. Bu baxımdan vətənini, dövlətini sevən hər bir insan xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizlə bir yerdə olmalıdır. Bu baxımdan biz də həyata keçirdiyimiz bir çox tədbiri səfirliyimizlə birgə keçirtməyə üstünlük veririk. Azərbaycanın ukraynadakı səfiri Azər Xudiyev peşəkar diplomatdır. Son bir ildə səfirliyimizlə birgə vətənimizlə bağlı bir çox tədbirlər həyata keçirmişik. Bununla yanaşı səfirliyimizin dəstəyi ilə Kiyev şəhərinin mərkəzində Azərbaycan parkı açıldı. Bu yaxınlarda isə mərkəzi parklardan birində Müslüm Moqamayevin abidəsi ucaldılacaq. Əlbəttə ki, bu işlər təqdirəlayiqdir. Biz də çalışırıq ki, öz növbəmizdə geniş potensialımızla səfirliyimizə dəstək verək”.

 Diaspora rəhbərinin sözlərinə görə. səfirlik daima ölkəmizin maraqlarını yüksək tutur və səfirin çıxışları da bunu sübut edir. Səfir Ermənistanın Dağlıq Qarabağ münaqişəsində qeyri-konstruktiv mövqe tutduğunu, bu səbəbdən də hələ ki, münaqişə öz ədalətli həllini tapmadığını ukraynalıların dsiqqəıtinə çatdırıb.  Diaspora rəhbəri bildirib ki. bu yaxınlarda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın “5-ci kanal”ına müsahibə verib. O müsahibəsində deyib: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır və bu istiqamətdə siyasətini davam etdirir”.Səfir qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ ki, münaqişə öz ədalətli həllini tapmayıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və bu günə qədər vəziyyət dəyişməz qalıb”.

Səfir müsahibəsində Azərbaycan-Ukrayna münasibətlərinə doxunub: İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu il ticarət dövriyyəsi ötən illə müqayisədə artıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirir. Səfir hesab edir ki, iqtisadi sahədə potensial daha böyükdür, ona görə də hər iki ölkənin iş adamları investisiya yatırımlarını daha da artırmalıdırlar.

 Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin, diaspora təşkilatlarının fəaliyyətinin nəticəsidir ki. Azərbaycanın mövqeyini dəstəkləyən ukraynalı siyasətçilərinin. Ictimai xadimlərinin sayı da hər il artır. Onlardan biri də Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiydir. Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  iki ölkə arasında əlaqələrin inkişafına daima töhvə verdiklərini bildirib. “Ukrayna ilə Azərbaycan arasında münasibətlər qədim tarixə malikdir və xalqların dostluğu bu səbəbindən möhkəmdir. “Ukrayna hər zaman Azərbaycanın yanında olub və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ukrayna bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcək”.O, Ulu öndər Heydər Əliyevİ Azərbaycan-Ukrayna dostluğunun memarı adlandırıb. Onun sözlərinə görə, Ukrayna xalqı bu günə qədər də Heydər Əliyevin SSRİ dövründə etdiyi köməyi xatırlayır. Deputat bildirib ki, müstəqillik bərpa edildikdən sonra da Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. “Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anları heç zaman unutmuruq. “Məhz bu gün Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub”, - deyə M.Kuryaçiy əlavə edib.

 Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vurğulayıb ki, Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf dinamikasını müsbət dəyərləndirmək olar. Bu, həm siyasi, həm də iqtisadi sahələri əhatə edir. Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ukrayna prezidentlərinin iki dəfə görüşməsi, hər iki ölkənin yüksəkvəzifəli şəxslərinin qarşılıqlı səfərləri onu göstərir ki, münasibətlər strateji xarakterlidir.

Ukraynalı deputat hesab edir ki, Bakıda “Ekspo 2025” Ümumdünya Sərgisinin keçirilməsi ölkədə investisiya yatırımının artmasına səbəb olacaq. “İqtisadiyyatın modernləşməsi, beynəlxalq ticarət, elmi və texnoloji əməkdaşlığın artmasına öz töhfəsini verəcək. Ümid edirəm ki, bu nüfuzlu beynəlxalq sərgi Bakıda keçiriləcək”, - deyə o əlavə edib. Maksim Kuryaçiy vurğulayıb ki, Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti sosial sahənin inkişafına və ölkə əhalisinin rifahının yaxşılaşmasına səbəb olub. 

Xəbər xətti