"Mançester Yunayted"dəb fransalı futbolçuya 40 milyonluq təklif

22:37 - 26 Dekabr 2017 - DÜNYA

İngiltərənin "Mançester Yunayted" klubu Fransanın "Bordo" klubunun oyunçusu Malkomu transfer etmək niyyətindədir.

"Ucnoqta.az" xəbər verir ki, ingilis klubu braziliyalı forvardın transferi üçün danışıqlara hazırdır.
 

Amma fransız klubu Malkomu satmağa tələsmir. "Mançester Yunayted" 40 milyon avro təklif etsə də, "Bordo"-da düşünürlər ki, forvardın transfer qiyməti 55 milyon avrodur.
 

Malkom Braziliyanın "Korintiansa" klubunun yetirməsidir. 2008-ci ildən bu klubda oynayıb. 2016-cı ildə isə "Bordo"ya transfer edilib.








//Ölkə.Az//

Xəbər xətti