İstanbulun daha bir səmtində Yeni il şənliyi qadağan edildi

21:55 - 26 Dekabr 2017 - DÜNYA

Xəbər verdiyimiz kimi, ötən həftə Bəyoğlu Rayon Polis İdarəsi Taksim meydanında təhlükəsizliklə əlaqədar kütləvi Yeni il şənliyinin keçirilməsini qadağan etmişdi.

"Ucnoqta.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, Beşiktaş Kaymakamlığı da analoji addım atıb.

Belə ki, Beşiktaş Bələdiyyəsi Barbaros meydanında şənlik keçirmək istəsə də, kaymakamlıq buna icazə verməyib.

Qeyd edilib ki, şənlik zamanı meydanda insan çox olacağı üçün terakt ola bilər. Buna görə də, insanların təhlükəsizliyini təmin etmək və sabitliyin pozulmaması üçün həmin meydanda şənlik keçirilməməsi məsləhət görülüb.

Xəbər xətti