Alp dağında 3 alpinist həlak olub

12:01 - 26 Dekabr 2017 - DÜNYA

İsveçrədəki Alp dağlarınd üç alpinist dünyasını dəyişib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən  xəbər verir ki, qar uçqunu alpinistlərin ölümünə səbəb olub. "France Presse"nin məlumatına əsasən, iki kişi və qadın dağa dırmaşanda qar uçqunu ilə üzləşiblər.

Onlar İsveçrə və Fransa vətəndaşlarıdır.
 

İki alpinist isə xəsarət alıb. Amma onların bəxti gətirib. Xilasedicilər xəsarət alanları xəstəxanaya çatdıra biliblər.

Xəbər xətti