Ana səhifə
24 Sentyabr 2018

Sürücülərin yeni qənimi- FOTO

BDYPİ yeni radarları sınaqdan keçirməyə başladı, ekran formalı yeni avadanlıq ilk olaraq Qobustanda quraşdırılıb

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) magistral yollarda yeni radarların sınaqdan keçirməyə başlayıb. Bu barədə jam.az-a daxil olan məlumatda deyilir ki, hazırda yeni tip radarın ilk nümunəsi Qobustan qəsəbəsində yerləşdirilib. İlk baxışdan televizora oxşayan bu radarlar sürətlə hərəkət edən avtomobili həm öndən, həm də arxadan çəkə bilir. Eyni zamanda, onların «ağıllı radarlar» kateqoriyasına aid olduğu da deyilir. Qısa müddətdir quraşdırılmış bu radarların isə yaxşı işlədiyi məlum olub. Ona görə də, BDYPİ-nin rəhbərliyinin göstərişi ilə yaxın vaxtlardan etibarən onların magistral yollarda geniş şəkildə quraşdırılmasına start veriləcəyi gözlənilir.

Bu əsnada JAM.AZ onu da dəqiqləşdirib ki, ilk baxışdan televizora oxşayan bu radarlar sürücülərin qəniminə çevrilib. Belə ki, onlar qəsəbənin ərazisindəki radar qurğusunun götürüldüyünü zənn edərək, yeni qurğunun isə radar olmasına inanmadıqlarından sürət həddini aşdıqları üçün cərimə olunublar.

Tarix
9 Oktyabr 2014 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin