Argentina prezidentinin sarayına hücum etdilər

19:25 - 26 Dekabr 2017 - DÜNYA

Argentinada gərgin anlar yaşanıb.

"Ucnoqta.az" xəbər verir ki, polis prezidentin sarayına soxulmağa cəhd edən kişini saxlayıb. Bildirilir ki, odlu silahı olan şəxs avtomobil ilə rezidensiyaya soxulmağa cəhd edib. Bu məlumatı ölkənin təhlükəsizlik nazirliyi yayımlayıb.

Bildirilir ki, 33 yaşlı şəxs prezident Maurisio Makrinin Olivos şəhərindəki "Kinta de Olivos" rezidensiyasına soxulmaq istəyib. Polisə məlumat verən mənbə bildirir ki, şəxs prezidentlə şəxsən görüşərək ona hədiyyə təqdim etmək istəyib.

Hüquq-mühafizə orqanları onun avtomobilini əraziyə buraxmayıblar. Bu zaman sürücü polisə hücum edib. Hücum edən şəxs saxlanılıb. Onun avtomobilində kustar üsulla hazırlanmış silah və patron aşkar edilib.





//Öılkə.Az//

Xəbər xətti