"Keşlə" klubunun yeni baş məşqçisi rəsmiləşib - Fotolar

13:16 - 25 Dekabr 2017 - İDMAN

Bu gün "Keşlə" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, gündəlikdəki məsələlərin müzakirəsindən sonra 2 qərar qəbul olunub.

"Keşlə"nin baş məşqçi vəzifəsinə Yuri Maksimov təyin olunub. Komandanın idman direktoru vəzifəsi isə Ramiz Məmmədova tapşırılıb. İclasda, həmçinin yeni futbolçuların heyətə cəlb olunmaları və digər məsələlər barədə müzakirələr aparılıb. 


Xəbər xətti