Ana səhifə
19 Dekabr 2018

Azərbaycanla Türkiyə hazırlaşırdı- Amma Ermənistana verildi...

Lavaş Ermənistan mətbəxinin ayrılmaz bir parçası kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. 

 

Ucnoqta.az” xəbər verir ki, lavaşın hazırlanması qaydasının izah edildiyi həmin açıqlamada onun toy mərasimlərinin də bir parçası olduğu  qeyd edilib. 

 

Türkiyə mətbuatı isə bu xəbəri “Türkiyə və Azərbaycana şok” başlığı ilə təqdim edib və xatırladılıb ki, Mədəniyyət və Turizm naziri Ömer Çelik ötən günlərdə Azərbaycanla birgə bir sıra layihələrə imza atacaqlarını bildirmişdi. Belə ki, lavaş da başda olmaqla bir sıra qeyri-maddi mədəni irs nümunələri UNESKO-ya ortaq sənədlər şəklində təqdim ediləcəkdi. Bundan başqa, hər iki ölkə “Koroğlu” dastanı ilə də bağlı ortaq iş ortaya qoyacaqdı. 

 

Qeyd edək ki, Azərbaycan kəlağayısı da bu il UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.(Qafqazinfo.az)

 

Tarix
27 Noyabr 2014 [11:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin