“İntihar həddinə çatmışam” - Ulduz futbolçu

22:10 - 25 Dekabr 2017 - İDMAN

“Qalatasaray” və “Arsenal”ın sabiq ulduzu Emmanuel Ebue “Mirror” nəşrinə müsahibə verib.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, azad agent olan 34 yaşlı futbolçu maddi problemlərlə üzləşməsindən danışıb. 
 

“İntihar həddinə çatmışam. Tanrıdan mənə yardım etməsini diləyirəm. Türkiyədə qazandığım 8 milyon avronun 7 milyonunu evə yolladım. Həyat yoldaşım hansı sənədə istədisə, ora imza atdım. Əsas problemlər bundan sonra başladı. FİFA ilə bağlı problemlərin kökündə də həyat yoldaşımla gərgin münasibətim durur.
 

Öz evimdə qorxu içində yaşayıram. Polislərin nə vaxt gələcəyini bilmirəm. Evdə olanda işıqları söndürürəm və polislər gələndə içəridə olduğumu bilmələrini istəmirəm. Əşyalarımı satmayacam və sona qədər mübarizə aparacam. Keçmişdə baş verənlərdən hər zaman dərs almışam. Uşalıqda yaşadıqlarım mənə təcrübə verdi. Məsələn, kiçik olanda fermada işləyirdim. Ona görə indi öz işimi görə bilirəm, paltarlarımı özüm yuyuram”.

Xəbər xətti