Dəhşətli qəzada maşın bu günə düşdü - Ölən və yaralananlar var

11:12 - 25 Dekabr 2017 - HADİSƏ

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.


"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik maşını və mikroavtobus toqquşub.
 

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti