Kərə yağı ucuzlaşdı - FOTOLAR

Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması həftəsonu kərə yağının qiymətinə təsir edib.


 
Ucnoqta.az” Musavat.com-a istinadən xəbər verir ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan “Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. “Westgold” kərə yağının qiymətində də endirim qeydə alınıb. Belə ki, bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 AZN-dir.

Satıcıların bildirdiyinə görə, hələlik yalnız adıçəkilən kərə yağlarının qiyməti enib, bu isə gömrük rüsumlarının aşağı salınması ilə bağlıdır. Hələlik endirimlər duru yağlara tətbiq olunmayıb. Ancaq 2018-ci ilin ilk ayından kərə yağının digər növlərinin qiymətinin də azalacağı, həmçinin qiyməti artıq aşağı düşmüş yağ növlərinin bir daha ucuzlaşacağı barədə xoş xəbər var.

 

Tarix
25 Dekabr 2017 [10:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin