“Qarabağ”ın legioneri haqqında kitab yazılıb - Foto

09:57 - 25 Dekabr 2017 - İDMAN

“Qarabağ”ın cənubi afrikalı legioneri Dino Ndlovu haqda kitab yazılıb.  

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda futbolçu şəxsi “İnstagram” hesabında məlumat verib. "Qələbə qolu" adlanan kitabın müəllifi Sizvi Feys Sitoledi.

Kitabın üzərində Ndlovunun "Qarabağ"ın heyətində Çempionlar Liqasının pley-of mərhələsinin cavab oyununda "Kopenhagen"ə qol vurduqdan sonra sevincini əks etdirən foto var. Şəklin altında isə bu cümlələr yazılıb: "Bu hissləri supermarketdən ala bilməzsən. Bunun üçün çalışmalısan. Bu, həyatımın ən gözəl anlarından biridi".

Dino avtobioqrafiya xarakterli kitaba görə müəllifə minnətdarlıq edərək bunları vurğulayıb: "Heç vaxt özümlə bu qədər fəxr etməmişdim. Sizvi Feys Sitoleyə mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam".


Xəbər xətti