Abşeronda yanğın olub

10:04 - 24 Dekabr 2017 - HADİSƏ

Abşeronda yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Məmmədli kəndində ümumi sahəsi 6320 m2 olan ərzaq malları saxlanılan soyuducu anbarın sendviç paneldən ibarət divar üzlüyü, tavanı və içərisində olan ərzaq malları 500 m2 sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürən tüstüdən zəhərlənib. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti