“Barselona” “El-Klassiko”nu qazandı

17:53 - 23 Dekabr 2017 - İDMAN

İspaniya La Liqasında 17-ci turun oyunları davam edir. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, turun mərkəzi görüşü bu gün keçirilib. Madriddə əzəli rəqiblər “Real” və “Barselona” üz-üzə gəlib. Böyük maraqla gözlənilən ilin son “El-Klassiko”sunda Kataloniya klubu 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə  lider “Barselona”  xalını 45-ə yüksəldib. "Atletiko" 36 xalla ikinci "Valensiya" 34 xalla üçüncüdür. “Real” isə 31 xalla dördüncü pillədə qərarlaşıb. 23 dekabr 16:00.“Real” – “Barselona” - 0:3 Qollar: Luis Suares, 54, Lionel Messi, 64, Aleiks Vidal, 90+3 Qırmızı vərəqə: Karvahal, 63 ("Real") 

Xəbər xətti