Ana səhifə
20 Sentyabr 2018

Kişi əsəbiləşib evini və maşınını yandırdı

Bu gün saat 10:00-da İsmayıllı rayonunda kişi evini və avtomobilini yandırıb. 

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kürdmaşı kəndində 1980-ci il təvəllüdlü Aqil Əlisurət oğlu Bəşirov özünə məxsus 31 BC 672 dövlət nömrə nişanlı “Moskviç” markalı minik avtomobilinin üstünə yaşadığı evin həyətində benzin tökərək yandırıb. Yanğın nəticəsində alov yaşayış evinə keçib. İsmayıllı və Göyçay Yanğından Mühafizə Hissələrinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.

Lakin Aqil Bəşirov yanğınsöndürənlərə işlərini görməyə mane olub. Hətta yanğınsöndürənlərdən birinə xəsarət də yetirib. Onu hüquq-mühafizə orqanlarının əməkdaşları birtəhər saxlayıblar. Yanğın söndürülüb.

Aqil Bəşirov hadisəni ailə münasibətləri zəmnində əsəbləşdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.(ANS PRESS)

Tarix
9 Oktyabr 2014 [12:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin