Gəncədə ev yanıb, bir nəfər ölüb

15:52 - 22 Dekabr 2017 - HADİSƏ

Gəncədə yaşayış evində yanğın olub.
 
Ucnoqta.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib.
 
Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti