“Qara Qarayev “Şaxtyor”da oynaya bilər” - Ukrayna mətbuatı

11:31 - 22 Dekabr 2017 - İDMAN

Ukraynanın “UA-Futbol” saytı yerli çempionatlarının səviyyəsini artıra biləcək futbolçular haqqında yazı dərc edib.
 

Məqalədə Azərbaycan millisinin 3 üzvü - Qara Qarayev, Ruslan Qurbanov və Tellur Mütəllimovun da adı çəkilib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ukraynalı həmkarlarımız əvvəlcə çempionatın səviyyəsinin aşağı düşdüyünü və bunda çıxış yolunun MDB ölkələrindən olan perspektivli oyunçuları cəlb etmək olduğunu bildiriblər. Qeyd olunur ki, əksər postsovet ölkələrininin, məsələn Estoniya, Ermənistan, Gürcüstan, Litvanın milli çempionatları Ukraynanın aşağı liqa səviyyəsindədi. Ancaq Azərbaycan bu baxımdan fərqlənir.
 

Məqalənin müəllifi bu fikrə əsas kimi son illər "Qarabağ" və "Qəbələ"nin avrokuboklarda qazandığı uğurları əsas göstərir.
 

Daha sonra Ukrayna çempionatında yüksək səviyyədə çıxış edə biləcək azərbaycanlı oyunçuların adı qeyd olunur. Məqalənin müəllifi Qara Qarayev, Ruslan Qurbanov və Tellur Mütəllimovun ortabab klublarla yanaşı, "Şaxtyor" və "Dinamo" kimi güclü komandaların da diqqətini çəkə bilkəcəyinə inandığını bildirir.

Xəbər xətti