Əfqanıstanda terror aktı - 8 polis həlak olub

11:27 - 22 Dekabr 2017 - DÜNYA

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" terrorçuları polis bölməsinin yaxınlığında mina yüklü avtomobili partladıblar.

Ucnoqta.az "Report"a  istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 polis həlak olub, çox sayda yaralı var.

Məlumata görə, "Taliban" təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədilə oğurlanmış hərbi avtomobildən istifadə edib.

Xəbər xətti