Ana səhifə
26 Fevral 2018

“Qəbələ”nin hücumçusu Türkiyə klubuna keçir?

“Qəbələ”nin hücumçusu Famussa Kone Azərbaycanı tərk etməyə hazırlaşır.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun yenidən Türkiyəyə qayıtması gözlənilir.
 

Bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. Yayda “Göztəpə”dən icarəyə götürülən malili hücumçunun sabiq komandasına – “Samsunspor”a qayıtması gündəmə gəlib. 
 

Kone 2015/16 mövsümündə, eləcə də ötən mövsümün ikinci yarısında Samsun təmsilçisində forma geyinib. Bu komandadakı çıxışı daha uğurlu alınan 23 yaşlı forvard “Samsunspor”dan dəvət alıb. Baş məşqçi Engin İpekoğlu da Konenin komandasına qayıtmasında israrlıdı. Türkiyəli həmkarlarımızın yazdığına görə, baş məşqçinin klub rəhbərliyinə təqdim etdiyi transfer siyahısında Famussanın adı ilk sırada göstərilib.
 

Xəbərdə o da qeyd olunur ki, “Qəbələ”də indiyə qədər 16 oyundan 9-unda start heyətdə meydana çıxan forvard 904 dəqiqə oynayıb, 6 qola imza atıb. İcarə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Konenin “Qəbələ”də xoşbəxt olmadığı və qış fasiləsində komandadan ayrılmaq istədiyi iddia olunur. 

Tarix
22 Dekabr 2017 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ