Göyçayda daha bir hadisə - Bu dəfə məktəb direktoru öldü

10:55 - 22 Dekabr 2017 - HADİSƏ

Xəbər verdiyimiz kimi, dünən Göyçay rayonunda 9 saylı orta məktəbin direktoru Akif Qəribov qolunun şah damarını kəsərək intihara cəhd edib. Direktorun intiharına səbəb kimi ondan yüksək məbləğdə pul tələb olunması göstərilir.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki, dünən Göyçayda daha bir direktorla bağlı da hadisə baş verib. Belə ki, Çayarxı kənd məktəbinin direktoru Mübariz Şamilov ürək tutmasından vəfat edib.
 

İddia olunur ki, M. Şamilovun da qəfil ölümünə səbəb ondan yüksək məbləğdə pul tələb olunmasıdır.
 

Göyçay rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Lütfiyar Qurbanov "Qafqazinfo"ya açıqlamasında diroktorun bir ildən çoxdur ki, ürəyində problem olduğunu bildirib:

“Biz ailəsi ilə əlaqə saxlamışıq. Onlar bildirdilər ki, Mübariz müəllim bir il qabaq infarkt keçirib. Ondan sonra da ürəyində problem yaranıb".

Bu iki hadisənin bir-biri ilə hər hansı bir aidiyyatı yoxdur. Heç bir direktordan da pul istənməyib”.

Xəbər xətti