Damarını kəsən direktorla bağlı cinayət işi açıldı

10:49 - 22 Dekabr 2017 - HADİSƏ

Göyçay şəhər 9 saylı orta məktəbin direktoru Akif Qədirlinin qollarını doğraması ilə bağlı istintaq aparılır.
 

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntihara cəhd etmənin səbəbləri istintaq yolu ilə araşdırılacaq.
 

Qeyd edək ki, A.Qəribov dekabrın 21-i axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan A.Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Xəbər xətti