Putin və Merkel arasında telefon danışığı olub

20:04 - 22 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözcüsü Steffen Zaybert bildirib.
 

Tərəflərin Ukraynanın şərqindəki vəziyyəti müzakirə etdiyi vurğulanıb.
 

Zabertin yazılı açıqlamasına əsasən, iki lider Donetsk və Luqansk (Donbas) bölgələrindəki münaqişənin dincliklə nizama salınması üçün Minsk müqaviləsinin həyata keçirilməsinin vacibliyini bir daha qeyd ediblər.

Xəbər xətti