Adı korrupsiyada hallanan Peru prezidenti — ETİRAF ETDİ

19:15 - 22 Dekabr 2017 - DÜNYA

Adı korrupsiya qalmaqalında hallanan Peru Prezidenti Pedro Kuçinski haqqında səsləndirilən ittihamlara cavab verib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, o, jurnalistlərə verdiyi açıqlamada haqqında yayılan şaiyələrin yalan olduğunu deyib. Onun sözlərinə görə, söhbət ölkə rəhbərinə atılan böhtanda yox, Peruda demokratiyanın pozulmasından gedir.

“Burada söhbət prezidentin impiçment elan edilməsindən getmir, burada əsas məsələ demokiratiyanın ləğv edilməsidir. Mən rəhbərlik dövründə heç bir vəzifəli şəxslə, biznesmenlə, yaxud şirkətlə əlaqədə olmamışam. Həmişə vəzifəmi şərəf və ləyaqətlə icra etmişəm”, - deyə Pedro Kuçinski bildirib.

Peru rəhbəri əvvəllər bizneslə məşğul olduğunu da etiraf edib: “Bəli, etiraf edirəm ki, 1992-ci ildə peşəkar bizneslə məşğul olmuşam. Bir müddət braziliyalı biznesmenlərlə əlaqəli olmuşam. Lakin Braziliyanın “Odebrecht” tikinti şirkəti ilə heç bir bağlılığım olmayıb. Onların rəhbərliyindən heç kimi tanımıra. Hətta şirkətin rəhbərliyindən də mənimlə münasibətdə olmadıqları barədə açıqlama verilib”.

Qeyd edək ki, dekabrın 13-də Braziliyanın “Odebrecht” tikinti şirkətinin Pedro Kuçinskiyə məxsus olan iki firmaya guya hüquqi xidmət üçün 4,8 milyon dollar ödəməsi barədə informasiya yayılmışdı. Amma Peru prezidenti “Odebrecht”in maraqlarının müdafiəsində iştirak etmədiyini bildirib.

Xüsusi müstəntiqlər qrupu tərəfindən iş üzrə istintaqın davam etdiriləcəyi halda R.Kuçinski Braziliya şirkəti ilə bağlı xoşgəlməz vəziyyətə düşən Perunun ikinci prezdenti ola bilər.

Perunun keçmiş prezidenti Olyanta Umalanın 2006 və 2011-ci illərdə seçkiqabağı təbliğat kampaniyasını Braziliyanın “Odebrecht” və “OAS” şirkətlərinin maliyyələşdirməsi haqqında məlumatlar dövlət başçısının vəzifəsindən getməsi ilə nəticələnib. O.Umala 2016-cı ilin iyulunda istefa verməyə məcbur olub. Məhkəmə sabiq prezident və onun həyat yoldaşı barəsində həbs qətiimkan tədbiri seçib.

Xəbər xətti