İsrail BMT-nin Qüdsə dair qərarını qəbul etmir

09:47 - 22 Dekabr 2017 - DÜNYA

İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur.

Ucnoqta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.   
 
“Qərara qarşı çıxış edən dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var”, - deyə məlumatda bildirilir.    
 
“İsrail ABŞ prezidenti Donald Trampa  Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir”   
 
Qeyd edək ki, BMT  Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. 

Xəbər xətti