Ana səhifə
25 Sentyabr 2018

ÇL-da V turun nəticələri: Qalatasaray yenə uduzdu...

Dünən gecə Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, A, B, C və D qruplarının qalan görüşləri oynanılıb. 

A qrupunda “Malmö” “Yuventus”u qəbul edib və rəqibinə 0:2 hesabı ilə uduzub.  “Atletiko” isə ”Olimpiakos”u darmadağın edib – 4:0.:

B qrupunda “Real” “Bazel”in qonağı olub. Madrid klubu rəqibini 0:1 hesabı ilə məğlub edib. “Liverpul” -  “Ludoqorets” matçında isə 2:2 hesablı bərabərlik qeydə alınıb.

C qrupunda “Zenit” “Benfika”nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Digər görüşdə isə “Monako” səfərdə “Bayer-Leverkuzen”i üstələyib – 0:1. 

Maraqla gözlənilən oyunlardan biri də Belçikada baş tutub.  Qrup mərhələsində qələbəyə həsrət qalan "Qalatasaray" "Anderlext"lə üz-üzə gəlib və bu dəfə də uduzub – 0:2. Bununla da “Qalatasaray” avrokuboklardan kənarda qalıb.  D qrupunun digər oyununda “Borussiya” (Dortmund) “Arseanl”a uduzub – 0:2.

 

Bəhruz

 

Tarix
27 Noyabr 2014 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin