Ana səhifə
15 Noyabr 2018

“Qarabağ” Ndlovunu satmağa razılıq verib – iddia

Ağdam klubu Ndlovunu 750 min avro təzminat almaqla həmin kluba satacaq

“Qarabağ” hücumçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçidinə razılıq verib.
 
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda Cənubi Afrikanın soccerladuma.co.za saytı məlumat yayıb. İddia edilib ki, qış transfer pəncərəsi açılandan sonra Ağdam klubu Ndlovunu 750 min avro təzminat almaqla həmin kluba satacaq. Çin klubunun Cənubi Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlayacağı bildirilib.
“Qarabağ”ın Ndlovunun transferinə razılıq verməsinə əsas səbəb kimi, bu futbolçu ilə gələn ilin yayında müqaviləsinin başa çatacağı göstərilib. Ona görə də klubun Ndlovunu 6 ay əvvəldən satmaqla maddi gəlir götürmək istədiyi yazılıb.
 
Qeyd edək ki, daha öncə Çin klubunun Ndlovuya görə “Qarabağ”a 1 milyon avro ödəyəcəyi bildirilirdi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Xançjou Qrintaun”dan təklif aldıqlarını təsdiqləsə də, bununla bağlı dəvəti “gülməli təklif” adlandırmışdı.
Tarix
21 Dekabr 2017 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin