Paytaxtda yanğın - Bir nəfər tüstüdən zəhərlənib

15:57 - 21 Dekabr 2017 - HADİSƏ

Bakının Xəzər rayonunda ümumi shəsi 70 kv.m olan evdə yanğın olub.
 

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.
 

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti