Ana səhifə
17 Noyabr 2018

“Qarabağ“ “Sent Etyen“lə üz-üzə - Bu gün

Bu gün futbol üzrə AvropaLiqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

 

 

Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq.

 

Ağdam klubu səfərdə Fransa “Sent Etyen”i qarşılaşcaq. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını saxlamaq üçün səfərdən ən azı bir xalla dönməlidir. "Qarabağ" səfərə ciddi itliklərlə yollansa da, yaxşı nəticə ilə geri dönəcəyinə ümid çoxdur. Hər iki komandanın dörd xalı olması oyunun marağını və gərginliyini artırır. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

Qeyd edək ki, təmsilçimizin rəqibləri “İnter” və “Dnepr” klubları da qüvvəsini sınayacaq.

 

Turnir cədvəlinə 8 xalla “İnter” başçılıq edir. “Sent-Etyen” və “Dnepr”in 4 xalı var və 2-ci, 3-cü yerləri bölüşürlər. “Qarabağ” 4 xala malik olsa da vurulan topların fərqinə isə sonuncu yerdə qərarlaşıb.

Tarix
27 Noyabr 2014 [10:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin